...

Azərbaycan Prezidenti dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan gömrük orqanlarının vəzifəli şəxslərinin ştat sayı həddinin təsdiq edilməsi barədə sərəncam verib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2009 17:53 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan gömrük orqanlarının vəzifəli şəxslərinin və Dövlət Gömrük Komitəsi sisteminə işə götürülən digər işçilərin ştat sayı həddinin təsdiq edilməsi barədə sərəncam verib.

Azərbaycan, Bakı, 30 iyul / Trend , Ü.İsmayılova/

Azərbaycan Prezidenti İlham Əliyev dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan gömrük orqanlarının vəzifəli şəxslərinin və Dövlət Gömrük Komitəsi sisteminə işə götürülən digər işçilərin ştat sayı həddinin təsdiq edilməsi barədə sərəncam verib. Məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Bu Sərəncam 2009-cu il aprelin 1-dən qüvvəyə minmiş hesab olunur.

Dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Dövlət Gömrük Komitəsi üçün Azərbaycanın 2009-cu il üzrə dövlət büdcəsindən 11,030 milyon manat ayrılıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti