Azərbaycan, Bakı, 04 avqust / Trend , müxbir E.İsmayılov /
Cari ilin birinci yarısında "Azərbaycan Dəmir Yolu" QSC-nin Azərbaycanın hüdudlarından kənara sərnişindaşıması 20 faiz azalıb. Bu barədə çərşənbə axşamı QSC-nin Sərnişin Daşıma İstehsalat Birliyinin rəhbəri Əliyar Muradov bildirib.
"Ölkə daxilində sərnişindaşımada hər şey normaldır, ölkə hüdudlarından kənara sərnişindaşımada isə yay mövsümünə baxmayaraq, göstərici aşağı düşüb", - Muradov bildirib.
Muradov ilin sonunadək ölkə hüdudlarından kənara sərnişindaşımada azalmanın olacağını istisna etmir.
Azərbaycanın dəmiryolunda həmçinin yükdaşımanın həcmində də azalma müşahidə edilir. Belə ki, altı ayın yekunlarına əsasən, dəmiryol ilə yükdaşımalarının həcmi 27 faiz azalıb. Bu barədə əvvəlcə QSC-nin baş mühəndisi Qurban Nazirov bildirmişdi.
Daşımaların həcminin azalması hələ də davam edən qlobal iqtisadi böhran ilə izah olunur.
Ötən ildə Azərbaycan Dövlət Dəmir Yolu 6,4 milyon sərnişin daşıyıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]