Gürcüstan, Tbilisi, 05 avqust / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstan Milli Bankının məlumatına görə, iyulda ölkədə son illər ərzində inflyasiyanın ən aşağı səviyyəsi - 0,1 faiz qeydə alınıb. Orta illik inflyasiya 4,6 faiz təşkil edib.
2008-ci ilin eyni dövrü ərzində illik inflyasiya 9,8 faiz, orta illik inflyasiya isə 10,8 təşkil edib.
Ötən ay inflyasiyanın göstəricisi 2,3 faiz təşkil edib. İllik inflyasiyanın ən aşağı göstəricisi - 1,6 faiz cari ilin martında qeydə alınıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]