...

Bank of Azerbaijan 100 ipoteka krediti verməyi planlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2009 19:21 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 avqust / Trend /

Bank of Azerbaijan ölkədə ipoteka kreditlərinin bərpasından bəri təxminən 40 ipoteka krediti verib və üçüncü rübün sonuna qədər bu göstəricini 100-ə çatdırmağı planlaşdırır. Bu barədə bankdan verilən məlumatda deyilir.

İyuldan etibarən Azərbaycan İpoteka Fondunun (AİF) xətii ilə bank 1,5 milyon manat məbləğində ipoteka kreditləri verib, onların içərisində bir güzəştli ipoteka krediti var.

Bank ipoteka kreditlərini 3 ildən 25 ilədək illik 8 faizlə və ilkin ödəniş alınan mənzilin dəyərinin 25 faizi olmaqla verir.

Bankın idarə heyətinin sədri Xəyal Şərifzadənin sözlərinə görə, bu, bir çoxlarının daşınmaz əmlakla bağlı istəklərinin həyata keçirilməsi üçün Azərbaycan vətəndaşlarına yaradılmış təqdirəlayiq imkandır.

Uzunmüddətli ipoteka kreditləşməsi vasitəsilə ölkə rəhbərliyi əhalinin yaşayış yerləri ilə təminatı, vətəndaşların sosial problemlərinin həlli, eləcə də əhalinin həyat şəraitinin yaxşılaşdırılması sahəsində uğura nail olub. Bank of Azerbaijan öz növbəsində bu prosesin tərkib hissəsi olmaqdan və ipoteka proqramında iştirakdan məmnundur.

Kreditlərin qaytarılması problemini aradan qaldırmaq üçün bank kreditin alınması üçün verilmiş sənədləri, eləcə də kredit alan şəxslərin real maddi vəziyyətini ciddi yoxlayacaq.

1993-cü ildə təsis edilmiş Bank of Azerbaijan-ın nizamnamə kapitalı 15 milyon manat təşkil edir. Bankın müştərək aktivlərinin həcmi isə 127 milyon manatdan artıqdır.

Avqustun 05-nə olan cari məzənnə 0,8042 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti