Azərbaycan, Bakı, 15 avqust / Trend , müxbir N. İsmayılova/
Azərsun Holding-in təkibinə daxil olan İmişli şəkər zavodu dünya bazarında şəkərin qiymətinin qalxmasına baxmayaraq, istehsal etdiyi məhsulların hazırkı qiymətini saxlamağı planlaşdırır. Bu barədə şənbə günü holdinqdən məlumat verilib.
"Şəkər qiyməti birjada tənzimlənən azsaylı məhsullardan biri olmasına baxmayaraq, onun qiymətlərinin sonrakı dəyişikliyi dəqiq proqnozlaşdırıla bilməz. Lakin şirkət qiymətləri hazırkı səviyyədə saxlamaq üçün əlindən gələni edir", - holdinqdən deyilib.
Azərsunq Holding-dən deyilib ki, İmişli zavodunda istehsal olunan şəkər həm daxili bazarın təminatına yönəldilir, həm də Mərkəzi Asiya ölkələrinə ixrac edilir. Zavod üçün ən əhəmiyyətlisi onun məhsullarının rəqabətə davamlı olmasıdır.
"Holdinq qiymətləri əvvəlki səviyyədə saxlamağa çalışaraq gələcəkdə də ölkənin daxili bazarını şəkər çuğundurundan alınan yüksək keyfiyyətli məhsulla təmin edəcək", - holdinqdən deyilib.
Bu günə holdinqin sərəncamında bir ay ərzində şəkərə olan tələbatı ödəməyə qadir ehtiyat məhsul var.
Hazırda İmişli zavodunun məhsulları Azərbaycanın şəkərə tələbatından demək olar ki, iki dəfə artıqdır. Zavodda illik şəkər istehsalı 400-450 min tondur. Daxili bazarın illik tələbatı isə 230-250 min tondur.
İmişli zavodunun məhsulları Türkmənistan, Əfqanıstan, Gürcüstan, Ukrayna, İraqa ixrac edilir.
Dünya bazarında bu məhsulun qiymətinin bir funtu üçün 40 sentədək (bir tonuna 881 dollar) artımı proqnozunu Bloomberg agentliyi elan edib. Şəkərin qiymətinin artacağını dünyada iri şəkər zavodu olan Al Kaleej Sugar Co. rəhbərliyi də proqnozlaşdırır.
Şəkər ilin əvvəlindən təxminən iki dəfə bahalaşıb. Çərşənbə günü onun dəyəri 28 il ərzində ən yüksək həddədək - bir funtu üçün 23,33 sentə qədər artıb. Bu məhsulun dünyada aparıcı istehsalçıları olan Hindistan və Braziliyadakı əlverişsiz hava şəraitinin kəsir artımına gətirəcəyi gözlənilir.
Azərsun Holding 1992-ci ildə yaradılıb. Holdinqin fəaliyyət sahələri bunlardır: çayın, bitki yağlarının emalı və qablaşdırılması, ticarət və distribütorluq, inşaat, bank işləri, sığorta, karton-kağız istehsalı, ət və tərəvəz konservləri, yüklərin daşınması və saxlanılması və s.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]