Azərbaycan, Bakı, 24 avqust / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycanda milli akkreditasiya sistemi yaradılır, bu barədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin bazar ertəsi yayılan məlumatında deyilir.
"Komitə milli akkreditasiya sisteminin işlənib hazırlanmasını tezləşdirib, idarənin şöbələri normativ bazanın beyməlxalq standartlara uyğunlaşdırılması üzrə fəal işlər həyata keçirir", - məlumatda deyilir.
Məlumatda həmçinin qeyd olunub ki, milli akkreditasiya sisteminin əsas sənədləri - "Akkreditasiya sisteminin əsas maddələri", "Akkreditasiya sisteminə uyğunluq nişanları", "Reyesterin aparılması qaydaları" artıq hazırdır.
Statistika Komitəsi həmçinin İSO/İEK 17025 (Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətlərində dair ümumi tələblər) sahəsində beynəlxalq standartları tətbiq etməyi planlaşdırır, məlumatda deyilir.
"Akkreditasiya sistemi Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin milli sertifikatlaşdırma sistemində də tətbiq edilir", - məlumatda deyilir.
Məhsulun texniki reqlament, standart və ya təsərrüfat sazişlərinin tələblərinə cavab verməsi texniki nizamlama sahəsindəki müvafiq orqanlar, həmçinin sertifikasiya, sınaq laboratoriyaları və digər təşkilatlar tərəfindən təsdiqlənir. İctimaiyyət və biznes bu təşkilatların səriştəliliyinə əmin olmalıdır, bu isə akkreditasiya üsulu ilə təmin edilir. Akkreditasiya uyğunluq qiymətləndirməsi üzrə işlər həyata keçirən təşkilatın səriştəsini təsdiq edir və hər hansı məhsulun və xidmətin əldə olunması zamanı istehlakçıların etibarının artırılmasına xidmət edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]