...

Gürcüstan hökuməti iqtisadiyyatda sabitlik əlamətlərinin olduğunu bildirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2009 11:15 (UTC +04:00)
Gürcüstan hökuməti iqtisadiyyatda sabitlik əlamətlərinin olduğunu bildirir

Gürcüstan, Tbilisi, 26 avqust / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanda daşınmaz əmlak bazarı və avtonəqliyyat vasitələrinin qeydiyyata alınması sahələrində sabitlik əlamətləri ortaya çıxıb.

Gürcüstan hökumətinin press-relizində deyilir ki, Tbilisi Meriyası ötən ayla müqayisədə avqustda tikintilərə 38,5 faiz çox icazə verib. Eyni zamanda, ilin birinci yarısında tikintilərə verilən icazələrin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 11,8 faiz, 2007-ci ilin analoji dövrü ilə müqayisədə isə 12,2 faiz azalıb.

Təkrar mənzil bazarında bağlanılan sövdələşmələr ilin analoji dövrü ilə müqayisədə 12,9 faiz, 2007-ci ilin ilin analoji dövrü ilə müqayisədə isə 64,4 faiz artıb.

İyulda nəqliyyat vasitələrinin qeydiyyatı iyuna nisbətən dörd faiz, ötən ilin analoji dövrü ilə müqayisədə isə 32 faiz azalıb. Bu ilin birinci yarısında qeydə alınan rəqəm 2007-ci ilin analoji dövrü ilə müqayisədə isə 19 faiz artıb.

Təkrar nəqliyyat vasitələri bazarına gəlincə, ilin birinci yarısında onların satışında qeydə alınan rəqəm 2008-ci ilin analoji dövrü ilə müqayisədə 18 faiz az, 2007-ci ilin analoji dövrü ilə müqayisədə isə 38 faiz çoxdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti