...

Üç-dörd ildən sonra Potidə işçi qüvvəsi çatışmayacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2009 19:12 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 31 avqust / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstan Prezidenti Mixail Saakaşvili üç-dörd ildən sonra Potidə işçi qüvvəsinin çatışmayacağına əmin olduğunu bildirib. Regionda planlaşdırılmış layihələrin həyata keçirilməsi ilə Gürcüstanda 30-40 belə müəssisəyə ehtiyac duyulacaq. Bu barədə Saakaşvili bazar ertəsi Potidə "Praym beton" beton zavodunun açılışında deyib.

"Praym beton" zavodu bütün növlərdə, o cümlədən də duzlu suya qarşı eroziyaya davamlı olan və dəniz iqlim şəraitinə uyğun olan beton buraxacaq.

Belə məhsul Qara dəniz regionu üçün cəlbedicidir. "Praym beton" bu cür məhsulların buraxılması üçün bütün texnologiya və imkanlara malik yeganə şirkətdir.

Müəssisə "Minilliyə çağırış" planı çərçivəsində qurulub.

Mərasimdə məlum olub ki, şirkət "Minilliyə çağırış" proqramı çərçivəsində inşaat materiallarının istehsalı üzrə daha bir zavod inşa etməyə hazırlaşır.

Prezident həmçinin qeyd edib ki, Poti yaxınlığlında - Anakliyada böyük kurort inşa edilir, Kutaisi azad sənaye zonasıdır. O, ölkədə inşaatın yüksək tempdə davam edəcəyinə əminliyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti