...

Azərbaycan sahibkarlarının güzəştli maliyyələşdirilmə portfeli sentyabrın sonunadək 100 milyon manata çatdırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Sentyabr 2009 18:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 02 sentyabr / Trend , müxbir N.İsmayılova /

Sentyabrın sonuna qədər Azərbaycan İqtisadi İnkişaf Nazirliyi nəzdində Sahibkarlığa Kömək Milli Fondu (SKMF) güzəştli şərtlərlə daha 35 milyon manat verməyi planlaşdırır. Bu barədə çərşənbə günü fondun icraçı direktoru Şirzad Abdullayev bildirib.

"Hazırda fond tərəfindən 65 milyon manat həcmində 1181 layihə maliyyələşdirilib, lakin ən fəal mərhələni sentyabrda gözləyirik, çünki soyuducu anbar komplekslərinin və taxıl anbarlarının inşası üzrə layihələrin həyata keçirilməsinə başlamaq gözlənilir", - Abdullayev bildirib.

Onun sözlərinə görə, fond oktyabrın 1-dək portfeli 100 milyon manata çatdırmağı planlaşdırır.

2009-cu ildə fondun xətti ilə 130 milyon manat həcmində güzəştli kreditlərin verilməsi planlaşdırılır ki, onun da 74 milyon manatı büdcə vəsaitləri, 56 milyon manatı isə əvvəlcə verilmiş kredit resurlarının hesabına formalaşdırılıb.

Sentyabrın 02-nə olan rəsmi məzənnə 0,804 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti