...

Azərbaycanın sığorta şirkəti yanvar-avqust ayları üzrə fəaliyyət yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2009 12:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir Ü.İsmayılova /

2009-cu ilin 8 ayı ərzində "AtaSığorta" ASC-nin topladığı sığorta haqlarının ümumi həcmi 2,38 mln. manat, verilmiş sığorta ödənişləri 0,45 mln. manat təşkil edib, bu barədə şirkətin çərşənbə axşamı yayılmış məlumatında deyilir. Yanvar-avqust ayları ərzində Şirkətin ümumi gəlirləri 3, 59 mln. manat, ümumi xərcləri 3, 13 mln. manat olmaqla, balans mənfəəti 0,57 mln. manat təşkil etmişdir ki, bu da nəzərdə tutulan proqnoz göstəricidən 11,6% çoxdur.

"AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 2 milyon manat təşkil edir.

Sentyabrın 8-nə olan rəsmi məzənnə 0,8037 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti