Azərbaycan, Bakı, 10 sentyabr / Trend , müxbir Ü.İsmayılova /
Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dövlət standardlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi üzrə fəaliyyətin lisenziyalaşdırılmasının yeni qaydalarını tətbiq edir. Bu barədə cümə axşamı komitədən bildirilib.
Dövlət Komitəsindən deyilib ki, bu günədək 21 fiziki və hüquqi şəxs belə fəaliyyətin aparılmasına razılıq alıb.
Lisenziyaya Dövlət Xəzər Dəniz Nəqliyyatı Layihə-Axtarış və Elmi-Tədqiqat İnstitutu, Azərbaycan Elmi-Tədqiqat və Layihə Qaz İnstitutu, Bakı Dövlət Layihə İnstitutu, Azərdövlətmaşlayihə, Azəryolelmitədqiqatlayihə, Bakımetrolayihə institutları, "Bakıelektrikşəbəkə" ASC, "Azeriland şirkətlər qrupu" MMC və başqaları malikdirlər.
Avqsutda Dövlət Şəhərsalma və Arxitektura Komitəsi dövlət standardlarına uyğun olaraq, I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi üçün dörd lisenziya verib. Sözügedən proses 2009-cu ilin martından başlayıb.
Razılıq alanlar: "Arxitektura ve Dizayn" MMC - şirkətin rəhbəri Siyalə Əliyeva, "Caspian Ingineering Company" MMC - Xəqani Qədirov, "Bakıelektrikşəbəkə" ASC - Balabala Rzayev və "Fateh" şirkəti - Adil Talıbov.
Xüsusi lisenziyanın verildiyi vaxtdan Dövlət Komitəsinə lisenziyalaşdırılmanın tələbləri və şərtləri ilə tanışlıq üçün 40 hüquqi və fiziki şəxs müraciət edib, lakin yalnız müvafiq tələblərə cavab verənlər lisenziya alıblar.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]