...

Aİ Azərbaycana ÜTT-yə daxil olmaq üzrə danışıqlar çərçivəsində yeni suallar təqdim edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Sentyabr 2009 18:42 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr / Trend , müxbir İ.Xəlilova /

Azərbaycan hökuməti Aİ-dən ölkənin Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması çərçivəsində beynəlxalq ticarət rejimi üzrə yeni suallar alıb. Bu barədə cümə günü danışıqlar qrupunun rəhbəri, xarici işlər nazirinin müavini Mahmud Məmməquliyev deyib.

"ÜTT-nin işçi qrupu ilə iyul görüşü zamanı üzv ölkələrin sentyabrın 14-dək təşkilatın katibliyinə öz suallarını verməsi barədə qərar qəbul edildi, - Məmmədquliyev deyib. - Bu gün biz Aİ-dən suallar almışıq, lakin gözlənilir ki, onlar ABŞ, Kanada, ola bilsin ki, başqa ölkələr tərəfindən də təqdim olunsun".

Onun sözlərinə görə, hazırda Aİ-dən alınmış, təxminən 40 sualdan ibarət sual vərəqəsinin öyrənilməsi gedir.

Beynəlxalq ticarət rejimi üzrə əvvəlki danışıqlar zamanı bəzi ölkələr gömrük tariflərini hazırda Azərbaycanda gömrük rüsumlarının maksimal dərəcəsi olan 15 faizdən aşağı təyin etməklə azaltmağı təklif ediblər. Azərbaycan hökumətinin təkliflərində isə əsasən gömrük tarifləri 30 faiz səviyyəsində müəyyənləşdirilib, amma bundan yüksəyi də var. (Azərbaycanın təklif etdiyi "baum" tarifləri yerli istehsalın mühafizəsi məqsədi ilə gözlənilməz hadisələr zamanı nəzərdə tutulub).

Tarif öhdəliyi həmçinin Aİ və ABŞ-la danışıqlar prosesində əsasdır. Tarif siyasətindən başqa, onların tələbinə xidmət sahələrini liberallaşdırmaq da aiddir. Onlar maliyyə, kommunikasiya sektorunda, distribüter xidməti sahəsində, paylaşdırıcı sahədə açıq bazarlar təklif edirlər.

Hazırda Azərbaycan ABŞ, Yaponiya, Braziliya, Ekvador, Şri-Lanka, Aİ, Norveç, Hindistan, Cənubi Koreya, Çinin Tayvan əyaləti ilə danışıqlar prosesindədir. Bu il siyahıya İsveçrə də daxil olub.

Bu günədək Türkiyə, Oman Sultanlığı, Birləşmiş Ərəb Əmirlikləri ilə danışıqlar başa çatdırılıb və protokollar imzalanıb. Ölkə hələ sənədi nəzərdən keçirən Moldova ilə protokolun imzalanması mərhələsindədir. Qırğızıstan və Gürcüstan isə artıq razılıq veriblər və bu prosedur hökumətlərarası komissiyanın növbəti iclasında baş tuta bilər.

1997-ci ildən Azərbaycan ÜTT-də müşahidəçi statusu alıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti