...

Azərbaycan və Qazaxıstan uğurla inkişaf edir - nazir

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2009 11:16 (UTC +04:00)
Azərbaycan və Qazaxıstan dünyada baş verən ciddi proseslərə baxmayaraq, kifayət qədər uğurla inkişaf edir, bu barədə cümə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.
Azərbaycan və Qazaxıstan uğurla inkişaf edir - nazir

Azərbaycan, Bakı, 01 oktyabr / Trend , müxbir A.Bədəlova/

Azərbaycan və Qazaxıstan dünyada baş verən ciddi proseslərə baxmayaraq, kifayət qədər uğurla inkişaf edir, bu barədə cümə axşamı Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib.

Onun sözlərinə əsasən, ölkələr əməkdaşlıq üçün kifayət qədər istifadə olunmayan böyük potensiala malikdir.

"Ölkələr arasında əmtəə dövriyyəsi 2008-ci ildə 490 milyon dollar təşkil edib ki, bu da elə də böyük həcm deyil", - Bakıda Azərbaycan-Qazaxıstan ticari-iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyada nazir bildirib.

"Bu il də əmtəə dövriyyəsində böyük artım hiss etmirik", - nazir bildirib.

Xəbər lenti

Xəbər lenti