Azərbaycan, Bakı, 02 oktyabr / Trend , müxbir N.İsmayılov/
Rusiya əvvəlki kimi Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri olaraq qalır və Azərbaycanda ixrac üzrə 17,5 faizlik xüsusi çəki ilə liqer mövqeyini tutur. Bu barədə RF-nin Azərbaycandakı ticarət nümayəndəsi Yuri Şedrin cümə günü Azərbaycan-Rusiya işguzar əməkdaşlıq palatasının geniş iclasında bildirib.
"Azərbaycan-Rusiya arasında ticarət dövriyyəsi geniş mal nomenklaturasına malikdir, - Şedrin deyib. - Lakin qlobal maliyyə böhranı Azərbaycan-Rusiya mallarının göstəricilərinin azalmasının əsas səbəbi olub və əlbəttə ki, bu da hər iki ölkənin iqtisadiyyatına müxtəlif dərəcədə təsir edib".
Onun sözlərinə görə, Rusiya və Azərbaycan arasında olan mal dövriyyəsi Rusiya tərəfinin statistik məlumatına əsasən, yanvar-avqust ayları ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,7 faiz azalaraq 967,5 milyon dollar təşkil edib.
Azərbaycanın statistik məlumatına uyğun olaraq, ölkələr arasındakı mal dövriyyəsi 91 faiz təşkil edib.
"Rusiyada maşınqayırma istehsalının azalması səbəbindən bu mənsul qrupunun Azərbaycana tədarükü azalıb. Etiraf etmək lazımdır ki, böhran şəraitində Rusiyadan maşınqayırma məhsulları ixracının dinamikasına zəif marketinq strategiyası da təsir edib", - Şedrin deyib.
Onun sözlərinə görə, keçən il ərzində iki ölkə arasında olan mal dövriyyəsində maşınqayırma texnologiyası, həmçinin metal və ağac qrupu təxminən 60 faiz təşkil edir. Öz növbəsində, Rusiya bazarlarında istehlak səviyyəsinin aşağı düşməsi əhalinin ödəmə qabiliyyətinin azalması ilə əlaqədardır. Kənd təsərrüfatı məhsullarının bahalaşması Azərbaycadan Rusiyaya ixracın azalmasına gətirib çıxarıb.
Azərbaycanın iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərovun sözlərinə görə, böhran iki ölkənin mal dövriyyəsinə təsirsiz ötüşə bilməzdi. Lakin hazırda vacib olan odur ki, yetərli dərəcədə yüksək olan potensial istifadə edilir.
"Rusiya və Azərbaycan arasında stabil və diversifikasiyalaşmış əlaqələr yaratmaq üçün səy göstərmək lazımdır", - Səfərov deyib.
İclasda deyildiyinə görə, ölkələr arsındakı mal dövriyyəsi artmağa başlayıb və ilin yekununa görə onu 20 milyar dollara çatdırmaq planı qüvvədə qalır.
İclasın gündəliyinə cari vəziyyət və iki ölkə arasında iqtisadi-ticari əlaqələrin inkişafı perspektivləri, Azərbaycanda xarici iqtisadiyyatın dövlət tərəfindən tənzimlənməsi sahəsində görülən tədbirlər, investisiya siyasəti, özəl-dövlət tərəfdaşlığı da daxil olmaqla sahibkar fəaliyyəti üçün əlverişli mühitin formalaşdırılması kimi məsələlər daxildir.
Həmçinin gündəliyə Azərbaycan və Rusiya işgüzar mühiti arasında 2010-cu ilin birinci yarısında Moskvada keçiriləcək görüşə dair məsələnin müzakirəsi də daxildir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]