...

Azərbaycan Beynəlxalq Bankının səhm sertifikatlarının yeni forması təsdiq edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Oktyabr 2009 12:03 (UTC +04:00)
Azərbaycan Beynəlxalq Bankının səhmlərinin bütün buraxılışları Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vahid nömrə altında qeydiyyata alınmış və səhm sertifikatlarının yeni forması təsdiq edilmişdir. Bankın məlumatında deyilir.
Azərbaycan Beynəlxalq Bankının səhm sertifikatlarının yeni forması təsdiq edilib

Azərbaycan, Bakı, 8 oktyabr / Trend /

Azərbaycan Beynəlxalq Bankının səhmlərinin bütün buraxılışları Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində vahid nömrə altında qeydiyyata alınmış və səhm sertifikatlarının yeni forması təsdiq edilmişdir. Bankın məlumatında deyilir.
Məlumatda qeyd olunur ki, səhmdarlar hazırda əllərində olan sertifikatları və (və ya) səhmləri Banka qaytarmaqla, sahib olduqlar bütün səhmlərə (son buraxılış zamanı alınan səhmlər daxil olmaqla) yeni sertifikat ala bilərlər.
Sertifikat səhmlərə mülkiyyət hüququnu təsdiq edən yeganə sənəddir və pulsuz verilir.
Sertifikatların dəyişdirilməsi üçün aşağıdakı sənədlər təqdim edilməlidir:
- Sertifikatın dəyişdirilməsi barədə sərbəst formada yazılan ərizə;
- Sürücülük vəsiqəsi və xarici pasport istisna olmaqla səhmdarın şəxsiyyətini qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsdiq edən sənəd (həqiqi hərbi xidmətdə olan hərbiçilər üçün hərbi bilet);
- Əvvəldən olan sertifikatın və (və ya) səhmlərin əsli;
- Səhmdarın adından müraciət edənlər üçün əlavə olaraq notarial və ona bərabər tutulmuş qaydada təsdiq edilmiş etibarnamənin əsli.

Sənədlər iş günləri Bakı ş., Nizami küçəsi, 67 ünvanda saat 1000-1200-dək və 1400-1600-dək qəbul olunacaq, daxili nömrə 13-91 (Ofeliya Öztürk),14-09 (Rəhilə Məcidova).
Məlumat üçün əlaqə telefonları: 493-4159, 493-0091, daxili nömrə 12-13 (Elçin Əfəndiyev).

Xəbər lenti

Xəbər lenti