...

Azərbaycanda 400 kiloqramdan çox vaxtı keçmiş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Oktyabr 2009 19:34 (UTC +04:00)
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin apardığı növbəti monitorinqlər zamanı pərakəndə ticarət obyektlıərindən 400 kiloqramdan çox vaxtı keçmiş ərzaq satışdan çıxarılaraq məhv edilib, nazirlikdən cümə axşamı yayılan məlumatda deyilir.
Azərbaycanda 400 kiloqramdan çox vaxtı keçmiş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib

Azərbaycan, Bakı, 8 oktyabr / Trend , müxbir N.İsmayılova/

İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidmətinin apardığı növbəti monitorinqlər zamanı pərakəndə ticarət obyektlərindən 400 kiloqramdan çox vaxtı keçmiş ərzaq satışdan çıxarılaraq məhv edilib, nazirlikdən cümə axşamı yayılan məlumatda deyilir.

Monitorinqlər Bakının Binəqədi, Səbail, Nizami, Xətai rayonlarında, həmçinin Gəncə və Quba şəhərlərində aparılıb.

Ticarət obyektlərində vaxtı keçmiş kolbasa və qənnadı məmulatları, bitki yağları, süd və süd məhsulları, sərinləşdirici içkilər, pivə və uşaq yeməkləri satışdan çıxarılıb.

Bərdə rayonunda keçirilən monitorinqlər zamanı 6,52 ton saxta sement aşkarlanaraq satışdan çıxarılıb.

Qanun pozuntusuna yol vermiş hüquqi və fiziki şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.

Ümumiyyətlə, Prezidentin İnzibati Xətalar Məcəlləsinə dəyişiklik və əlavələr edilməsinə dair 17 may 2009-cu il tarixli sərəncamından sonra 47 hüquqi şəxsə 181 min manat, 463 fiziki şəxsə 691 min manat cərimə tətbiq edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti