...

"AtaSığorta" ASC cari ilin üç rübü üzrə fəaliyyətinin yekunlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Oktyabr 2009 17:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın "AtaSığorta" şirkətinin 2009-cu ilin 9 ayı ərzində topladığı sığorta haqlarının ümumi həcmi 2 milyon 178 min 750 manat, verilmiş sığorta ödənişləri 405 min 818 manat təşkil edib. Hesabat dövrü ərzində şirkətin ümumi gəlirləri 3 milyon 719 min 255 manat, ümumi xərcləri 2 milyon 862 min 305 manat olmaqla, balans mənfəəti 856 min 950 manat təşkil etmişdir ki, bu da nəzərdə tutulan proqnoz göstəricidən 44,0% çoxdur. Bu barədə şirkətin bazar ertəsinə olan məlumatında deyilir.

"AtaSığorta" ASC 2004-cü ilin sentyabr ayından sığorta bazarında fəaliyyət göstərir. Səhmdarı "AtaHoldinq" ASC olan şirkətin faktiki ödənilmiş nizamnamə kapitalı 2 milyon manat təşkil edir.

Oktyabrın 12-nə olan rəsmi məzənnə 0,8034 AZN/USD təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]


Xəbər lenti

Xəbər lenti