...

Sahibkarlıq fəaliyyəti haqqında qanuna düzəlişlər ediləcək - Parlament nümayəndəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Oktyabr 2009 16:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

"Azərbaycanın Prezident Administrasiyası Azərbaycanda sahibkarlıq fəaliyyəti haqqında qanun layihəsinə yenidən əlavələr edilməsi üçün sənədi parlamentə qaytarıb", - Parlamentin İqtisadi siyasət daimi komitəsinin başçısı Ziyad Səmədzadə çərşənbə günü deyib.

"Əlavələrin hazırlanması zamanı sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sahəsində beynəlxalq təcrübənin qabaqcıl materiallarından istifadə edilməyib. Qanuna əlavələr və dəyişikliklər ediləcək", - Parlament nümayəndəsi deyib.

İyunun 30-da Parlamentdə "Sahibakarlıq fəaliyyəti haqqında" qanuna dəyişikliklər və əlavələr təsdiq edilib. Tövsiyə edilən dəyişikliklərə müvafiq olaraq ölkədə əcnəbilər tərəfindən açılan təşkilat və ya filiallar yalnız həmin strukturun müavin vəzifəsinə Azərbaycan vətəndaşı təyin olunduğu təqdirdə qeydiyyatdan keçə bilər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti