...

Unibank BMK-nın kreditini yenidən profilləşdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Oktyabr 2009 14:57 (UTC +04:00)

Bakı, Azərbaycan, 15 oktyabr / Trend , müxbir N.İsmayılova/

Azərbaycan bankı Unibank Beynəlxalq Maliyyə Korporasiyasından (BMK) əldə olunan 12 milyonluq krediti yenidən profilləşdirir, bu barədə bankın Müşahidə Şurasının sədri Eldar Qəribov MDB ölkələrinin Bakıda keçirilən II Beynəlxalq Bank Konfransında bildirib.

"BMK-nın kreditinin ümumi məbləği 15 milyon dollar təşkil edir. Bu vəsait bankın şəxsi ipoteka proqramının maliyyələşdirilməsinə yönəldilməli idi. Ötən ilin dekbar ayında bank bu məbləğin üç milyonunu əldə edib ", - Qəribov bildirib.

Onun sözlərinə əsasən, iki milyon dollar həcmində olan ikinci tranş ilin sonuna kimi dondurulub, belə ki, BMK bu krediti başqa məqsədlər - kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə yenidən profilləşdirmək istəyir.

"Onlar qlobal maliyyə böhranı ilə əlaqdar olaraq qalan vəsaitin verilməsini dayandırıb, lakin kreditləşdirmə başladığı üçün bank birinci tranşı alıb, hazırda bu kreditin profilinin dəyişdirilməsi və məqsədlərin dəyişməsi ilə əlaqədar olaraq sənədləri yenidən tərtib etmək lazımdır", - Qəribov bildirib.

Bankın şəxsi ipoteka proqramı üzrə portfeli 45 milyon manat təşkil edir.

Xəbər lenti

Xəbər lenti