...

Azərbaycanın valyuta bazarının həftəlik icmalı

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2009 13:50 (UTC +04:00)

Azərbaycan,Bakı, 19 oktyabr / Trend , müxbir N.İsmayılova/

Ötən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə olan rəsmi məzənnəsi 0,0004 bənd möhkəmlənib (0,04 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,80331 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi oktyabrın 12-də 1 ABŞ dolları üçün 0,8034 manat, minimum isə oktyabrın 15-də 1 ABŞ dollarına 0,8029 manat müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi

5 oktyabr

0,8035

12oktyabr

0,8034

6 oktyabr

0,8033

13oktyabr

0,8032

7 oktyabr

0,8033

14oktyabr

0,8030

8 oktyabr

0,8032

15oktyabr

0,8029

9oktyabr

0,8033

16oktyabr

0,8030

Həftə ərzində orta

0,80332

Həftə ərzində orta

0,80331

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası Valyuta Birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0005 bənd (0,05 faiz) möhkəmlənib. Orta məzənnə 1 ABŞ dollarına 0,80314 manat səviyyədə müəyyən olunub.

Həftə ərzində BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): oktyabrın 12-də sövdələşmə qeydə alınmayıb və busəbəbdən gündüz sessiyasının məzənnəsi dəyişilməz qalıb, oktyabrın 13-də 0,8033 AZN/USD məzənnəsi ilə $2,655 mln., oktyabrın 14-də 0,8031 AZN/USD məzənnəsi ilə $2,01 mln., oktyabrın 15-də 0,803 AZN/USD məzənnəsi ilə $5,685 mln, oktyabrın 16-da 0,8029 AZN/USD məzənnəsi ilə $2,653 mln.

ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi

5 oktyabr

0,8033

12oktyabr

0,8034

6 oktyabr

0,8033

13oktyabr

0,8033

7 oktyabr

0,8034

14oktyabr

0,8031

8 oktyabr

0,8033

15oktyabr

0,8030

9oktyabr

0,8034

16oktyabr

0,8029

Həftə ərzində orta

0,80334

Həftə ərzində orta

0,80314

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN alətləri üzrə BEST-ə banklar tərəfindən sifarişlər təqdim olunmayıb.

Özəlləşdirmə çeklərinin qiyməti keçən həftə bir manat ucuzlaşıb. Özəlləşdirmə çeklərinin alışı yeddi manat, satışı səkkiz manat təşkil edib. Bir müddət əvvəl özəlləşdirmə çeklərinin alışı səkkiz manat, satışı isə doqquz manat təşkil edib.

Özəlləşdirmə çeklərinin istifadə müddəti 2010-cu il yanvarın 1-dək müəyyən olunub. Bu gün özəlləşdirmə çeklərinin 75 faizi dövriyyədən çıxarılıb. Onların növbəti dövriyyə müddətinin uzadılması isə qeyri-müəyyən olaraq qalır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti