...

Azərbaycanda turizm şirkətlərinin gəlirləri əhəmiyyətli dərəcədə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Oktyabr 2009 11:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın turizm şirkətlərinin gəlirləri birinci yarımildə ötən ilin analoji dövrünə nisbətdə bir faiz artaraq səkkiz milyon manata çatıb, bu barədə çərşənbə axşamı Dövlət Statistika Komitəsindən bildirilib.

Birinci yarımildə Azərbaycanda 115 şirkət fəaliyyət göstərib ki, onun da 98,3 faizi özəl şirkətlərdir. Onların əməkdaşlarının sayı 1,361 nəfər təşkil edir.

Ötən ilin analoji dövrünə nisbətdə satılan putyovkaların sayı 4,4 faiz artaraq 15 min ədədə çatıb ki, onun da 14,3 mini (95,3 faizi) Azərbaycan vətəndaşlarına satılıb.

Birinci yarımildə putyovkaların ümumi dəyəri ötən ilin analoji dövrünə nisbətdə 29,4 faiz artaraq 5,7 milyon manata çatıb. Azərbaycan vətəndaşlarına satılan putyovkaların ümumi dəyəri isə 4,7 milyon manat təşkil edib.

Azərbaycanda istirahət etmək üçün xarici vətəndaşlara satılan putyovkaların ümumi dəyəri 300,4 min manat, ölkə daxilində istirahət etmək üçün azərbaycanlılara satılan putyovkaların ümumi dəyəri 766,9 min manat təşkil edib.

Bu dövr ərzində ölkə ərazisində çalışan turizm şirkətləri 7,9 min turist qəbul edib və 21,2 min turist yola salıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti