...

2010-cu ildə Azərbaycanda inflyasiyanın 3.5 faiz olacağı gözlənilir - Mərkəzi Bankın rəhbəri

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2009 11:32 (UTC +04:00)
2010-cu ildə Azərbaycanda inflyasiyanın 3.5 faiz olacağı gözlənilir, amma bu göstəricinin daha aşağı səviyyəyə düşməsi də istisna olunmur, çərşənbə günü ölkənin Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.
2010-cu ildə Azərbaycanda inflyasiyanın 3.5 faiz olacağı gözlənilir - Mərkəzi Bankın rəhbəri

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir N.İsmayılova/

2010-cu ildə Azərbaycanda inflyasiyanın 3.5 faiz olacağı gözlənilir, amma bu göstəricinin daha aşağı səviyyəyə düşməsi də istisna olunmur, çərşənbə günü ölkənin Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

"Gələn il ölkədə stabil və aşağı səviyyəli inflyasiya, daha doğrusu inflyasiyanın 3.5 faiz və ya daha aşağı faizdə olacağı gözlənilir. Bu proqnoz barədə hələ müzakirələr aparılır", - Rüstəmov deyib.

Onun sözlərinə görə, MB-nin proqnozlarına əsasən, cari ilin sonuna ölkədə inflyasiya 2-2.5 faiz təşkil edəcək.

"Gələn illərdə də biz inflyasiyanı bu səviyyədə saxlamağı qarşımıza məqsəd qoymuşuq", - Rüstəmov deyib.

Xəbər lenti

Xəbər lenti