...

Azərbaycanın Dövlət Dəniz Administrasiyası Nyu-Yorkdakı konfransda iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Oktyabr 2009 11:58 (UTC +04:00)
Azərbaycanın Dövlət Dəniz Administrasiyası Nyu-Yorkda Ümumdünya Dəniz gününə həsr olunan konfransda iştirak edib. Konfrans ABŞ Sahil Mühafizəsi və Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təşkil olunub.
Azərbaycanın Dövlət Dəniz Administrasiyası Nyu-Yorkdakı konfransda iştirak edib

Azərbaycan, Bakı, 24 oktyabr / Trend /

Azərbaycanın Dövlət Dəniz Administrasiyası Nyu-Yorkda Ümumdünya Dəniz gününə həsr olunan konfransda iştirak edib. Bu barədə administrasiyanın cümə günü yayılan məlumatında deyilir. Konfrans ABŞ Sahil Mühafizəsi və Beynəlxalq Dəniz Təşkilatı tərəfindən təşkil olunub.

Konfansın əsas mövzusu yükdaşımalarının 80 faizini təşkil edən dəniz nəqliyyatına iqlim dəyişikliklərinin təsiri və ümumilikdə dünyada baş verən iqlim dəyişiklikləri məsələsi olub.

Azərbaycanın Dəniz Administrasiyasını konfransda administrasiyanın başçısı Qüdrət Qurbanov təmsil edib. Konfransda, həmçinin Beynəlxalq Dəniz Təşkilatının baş katibi admiral Eftimios Mitropoulos iştirak edib.

Konfransın yekunlarına əsasən, dünyanın dəniz administrasiyalarının dəniz nəqliyyatı sahəsində fəaliyyət göstərən elmi-layihə institutlarının köməyi ilə iqlim dəyişikliklərinin qarşısının alınması üzrə praktiki və təxirəsalınmaz tədbirlərin ən qısa müddətdə həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Xəbər lenti

Xəbər lenti