...

Azərbaycan İpoteka Fondunun növbəti istiqrazları tam yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Oktyabr 2009 19:09 (UTC +04:00)
Azərbaycan İpoteka Fondunun faizli, adlı, sənədsiz, təmin edilmiş 3 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə Bakı Fond Birjasından bazar ertəsi yayılan məlumatda deyilir.
Azərbaycan İpoteka Fondunun növbəti istiqrazları tam yerləşdirilib

Azərbaycan, Bakı, 26 oktyabr / Trend /

Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş 3 milyon manatlıq istiqrazlarının yerləşdirilməsi üzrə növbəti hərrac keçirilib. Bu barədə Bakı Fond Birjasından bazar ertəsi yayılan məlumatda deyilir.

Sifarişlər 4 investor tərəfindən təqdim olunub. Sifarişin nominal üzrə məbləği 3 495 000 manat təşkil edib. Sifarişlər 101,1 faiz qiymətdə təqdim edilib. Hərraca çıxarılan məbləğ tam həcmdə yerləşdirilib.

İstiqrazların ödəniş tarixi 10 may 2016-cı ildir.

AİF-in istiqrazlarının ilkin yerləşdirilməsinə 16 iyun 2009-cu il tarixində başlanılıb və bu günədək 38 milyon manat həcmində istiqraz hərraca çıxarılaraq tam həcmdə yerləşdirilib.

Emissiyanın ümumi həcmi 55 milyon manatdır.

Oktyabrın 26-na olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti