...

Azərbaycan mütəxəssisləri Rusiya gəmisini xilas ediblər (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Oktyabr 2009 11:11 (UTC +04:00)
Rusiya bayrağı altında üzən və Rusiyanın "Vaqna Şippinq" şirkətinə məxsus olan "Fili" gəmisi Xəzər dənizində Andrievski bankı rayonunda qəzaya uğrayıb, bu barədə Trend News-a məlumatlı mənbədən bildirilib.
Azərbaycan mütəxəssisləri Rusiya gəmisini xilas ediblər (ƏLAVƏ OLUNUB)

Red: dördüncü abzasda göyərtədəki yük barədə, altıncı abzasda ekipaj üzvlərinin sayı barədə əlavə olunub.

Azərbaycan, Bakı, 27 oktyabr / Trend , müxbir S.Əliyev/

Rusiya bayrağı altında üzən və Rusiyanın "Vaqna Şippinq" şirkətinə məxsus olan "Fili" gəmisi Xəzər dənizində Andrievski bankı rayonunda qəzaya uğrayıb, bu barədə Trend -a məlumatlı mənbədən bildirilib.

Oktyabrın 26-da saat 12:30-da Həştərxan limanının dəniz Xilasetmə və Koordinasiya Mərkəzinin rəhbərliyi Azərbaycan tərəfinə yardım göstərilməsi xahişi ilə müraciət edib. "Fili" teploxodunun xilas edilməsi üçün qəza rayonuna təcili olaraq Azərbaycan Respublukası Donanmasının iki gəmisi - teploxod "Ayla" və "Avior" göndərilib.

Gəmidə qəzanın ilkin səbəbi güclü fırtına nəticəsində rumpel və maşın şöbələrinin batması, buna görə gəmidə elektrik cərəyanının kəsilməsi və idarəetmənin itirilməsidir.

Rusiya gəmisinin göyərtəsində 1700 ton həcmində yük var ki, onun da 1300 tonu polad tədarükü, 400 tonu isə kağızdır. "Fili" gəmisi İranın Nouşehr limanı istiqamətində üzürmüş.

Bu gün saat 08:15-də qəzaya uğrayan gəmi yedəyə alınıb və Bakı limanına istiqamətləndirilib.

Rusiya gəmisinin 11 ekipaj üzvü arasında həlak olan və ya xəsarət alan yoxdur.

Ötən ilin sonunda analoji səbəblərdən qəza baş verib və Azərbaycan xilasediciləri tərəfindən Rusiyanın "Sarmat" gəmisi xilas edilib. Bakıda təmir edildikdən sonra gəmi hərəkətini davam etdirib, bundan öncə Rusiyanın gəmi sahibinin Azərbaycan mütəxəssisləri tərəfindən göstərilən xidmətlərin ödənilməsi məsələsi üzrə məhkəmə istintaqı olub.

Xəbər lenti

Xəbər lenti