...

Azərbaycanın Mərkəzləşdirilmiş Kredit Reyestri Xidmətinə daxil olan ərizələrin sayı təxminən 4 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Oktyabr 2009 14:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir N.İsmayılova/

9 ayın yekununa görə, Mərkəzi Bank yanında Azərbaycanın Mərkəzləşdirilmiş Kredit Reyestri Ximətinə ölkənin 37 bankından 44 389 müraciət daxil olub, xidmətin rəhbəri Elçin Həbibov çərşənbə günü deyib.

"Bu gün ölkənin bütün bankları MKR xidmətinə qoşulub, lakin birinci üç rübdə yalnız 37 bankdan müraciət daxil olub", - Həbibov deyib.

Ərizələrin ümumi sayından 35 993-ü yeni borc alanlar tərəfindən olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 3,8 dəfə artıb. 2008-ci ilin 9 ayı ərzində 9 546 oxşar ərizə daxil olub.

Oktyabrın 1-nə olan məlumata görə, reyesterdə borc alanların ümumi sayı 647 673, kredit üzrə informasiyaların ümumi sayı isə 1,121 milyondur.

MKR 2005-ci ilin mart ayından fəaliyyət göstərir. Fiziki şəxsə görə bir ərizənin tarifi 1,1 manat, hüquqi şəxsə görə isə 2 manat təşkil edir. Kredit reyesrti ticari məqsəd daşımır. Tariflər administrativ xərcləri ödəmək üçün nəzərdə tutulub.

28 oktyabra olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti