Azərbaycan, Bakı, 29 oktyabr / Trend /
Azərbaycanda üçüncü rübdə Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi və Vergilər Nazirliyinin əməkdaşları tərəfindən lisenziyasız 116 tibb və 119 əczaçılıq fəaliyyəti faktı aşkar olunub. Bu barədə nazirliyin cümə axşamı yayılan məlumatında deyilir.
Məlumatda deyilir ki, Azərbaycanın Səhiyyə Nazirliyinin tələblərinin və İnzibati Xətalar Məcəlləsinin pozulmasına görə 22 aptekə qarşı protokollar tərtib edilib.
Qayda pozuntusuna yol verənlərə qarşı cərimə sanksiyaları tətbiq olunacaq.