...

Bakı Metropoliteni "donuz qripi" üzrə profilaktik tədbirlərə başlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Noyabr 2009 14:10 (UTC +04:00)
Bakı Metropoliteni A/H1N1 virusunun profilaktikası üzrə fəal işlərə başlayıb, bu barədə cümə axşamı Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov bildirib.
Bakı Metropoliteni "donuz qripi" üzrə profilaktik tədbirlərə başlayıb

Azərbaycan, Bakı, 05 oktyabr / Trend , müxbir Ü.İsmayılova/

Bakı Metropoliteni A/H1N1 virusunun profilaktikası üzrə fəal işlərə başlayıb, bu barədə cümə axşamı Bakı Metropoliteninin baş mühəndisi Elbrus Muradov bildirib.

"Metropoliten əməkdaşları gecə vaxtları metro stansiyalarında və gündüz depoda profilaktik işlər həyata keçirirlər", - Muradov bildirib.

Onun sözlərinə əsasən, bütün qatarlar və stansiyalar xüsusi dezinfeksiya vasitələri (bromoseptom və xloramin) ilə dezinfeksiya olunur.

Ukraynanın İvanovo-Frankov vilayətində müvəqqəti yaşayan və oktyabrın 26-da Azərbaycanın Kürdəmir rayonuna qayıdan Azərbaycan vətəndaşında çərşənbə günü A/H1N1 aşkar edilib. Xəstə Ukraynadan ölkəyə dəmiryolu nəqliyyatı ilə gəlib. Xəstəinin vəziyyətində irəliləyiş müşahidə olunur.

Xəstənin həyat yoldaşından və qızından götürülən nümunələrin analizlərinin nəticələri bu gün günün sonunda açıqlanacaq, bu barədə cümə axşamı Azərbaycanın Respublika Taun Əleyhinə Stansiyasının direktor müavini Şair Qurbanov bildirib.

Azərbaycanda iyulda "dozun qripi"nə iki yoluxma faktı qeydə alınıb. Sözügedən faktlar Fransa və İngiltərədən gələn şəxslərdə aşkar olunub. Yoluxanların hər ikisi tamamilə sağalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti