...

Bakıda məişət və sənaye tullantı sularının təmizlənməsinin təkmilləşdirilməsi imkanları müzakirə olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Noyabr 2009 14:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 09 noyabr / Trend , müxbir N.İsmayılova /

Bakıda noyabrın 11-də "Alman texnologiyalarının ətraf mühitin təmizlənməsi zamanı tətbiqi" mövzusunda biznes forum keçiriləcək, bu barədə bazar ertəsi Almaniya-Azərbaycan İqtisadi Birliyindən (DAWF) bildirilib.

"Biznes-forum Almaniyanın içməli su, məişət tullantı sularının təmizlənməsi və onların zərərsizləşdirilməsi sahəsində beynəlxalq səviyyədə fəaliyyət göstərən layihə və mühəndis şirkəti BAMAG-ın təşəbbüsü və iştirakı ilə təşkil olunacaq", - DAWF-dan bildirilib.

Forumda məişət və sənaye tullantı sularının təmizlənməsi mövzusunda ekspertlər arasında dialoqun aparılması gözlənilir.

Tədbirdə BAMAG şirkətinin İdarə Heyətinin sədri Piter Şpiysin iştirakı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti