...

Azərbaycan və Sloveniya prezidentləri biznes forumunda iştirak ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Noyabr 2009 16:07 (UTC +04:00)
Azərbaycan və Sloveniya prezidentləri İlham Əliyev və Danilo Türk çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda iştirak ediblər.
Azərbaycan və Sloveniya prezidentləri biznes forumunda iştirak ediblər

Azərbaycan, Bakı, 10 noyabr / Trend /

Azərbaycan və Sloveniya prezidentləri İlham Əliyev və Danilo Türk çərşənbə axşamı Bakıda keçirilən Azərbaycan-Sloveniya biznes forumunda iştirak ediblər. Məlumatı "AzərTAc" Dövlət İnformasiya Agentliyi yayıb.

Biznes forumunda Sloveniya tərəfdən 70 nəfərlik heyət, Azərbaycan tərəfdən isə 90-dək iş adamı iştirak edib.

Dövlət başçıları forumda çıxış ediblər.

Azərbaycan Prezidenti İlham Əliyev Sloveniya Prezidenti Danilo Türkün Azərbaycana rəsmi səfərinin iki ölkə arasında bütün sahələrdə, o cümlədən iqtisadi sahədə əlaqələrin genişlənməsinə təkan verəcəyini bildirib. Dövlətimizin başçısı ölkələrimiz arasında siyasi münasibətlərin yüksək səviyyədə olmasının buna hərtərəfli imkanlar yaratdığını xüsusi vurğulayıb.

Azərbaycan Prezidenti forum iştirakçılarına uğurlar arzulayıb.

Prezident Danilo Türk ölkəsinin informasiya-kommunikasiya texnologiyaları, alternativ enerji mənbələri və digər sahələrdə uğurlar qazandığını, öz təcrübəsini dost Azərbaycanla yaxından bölüşməyə və bu sahədə sıx əməkdaşlığa hazır olduğunu bildirib.

Sonra biznes forumu işini davam etdirib.

Xəbər lenti

Xəbər lenti