...

Azərbaycan Dövlət Gömrük Komitəsi ÜTT-yə daxilolma çərçivəsində qanunverici bazanın təkmilləşdirilməsi üzrə işləri davam etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Noyabr 2009 18:51 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Dövlət Gömrük Komitəsinin Azərbaycanın ÜTT-yə daxil olması çərçivəsində çoxpilləli gömrük rüsumları sistemindən üçpilləli gömrük rüsumları sisteminə keçməsinə dair təklifi hələ də ölkənin Nazirlər Kabinetində baxışdadır. Bu barədə çərşənbə günü DGK sədri Aydın Əliyev deyib.

"Gömrük Komitəsi ÜTT-yə daxilolma çərçivəsində tövsiyələrdən biri olan ölkədə intellektual mülkiyyətin müdafiəsinə dair işləri davam etdirir", - Əliyev deyib.

Onun sözlərinə görə, Dövlət Komitəsi bu məqsədlə beynəlxalq təşkilatlarla olduğu kimi, yerli strukturlarla da əməkdaşlıq edir.

DGK sədri onu da qeyd edib ki, Gömrük Məcəlləsinin yeni variantına intellektual mülkiyyətin qorunmasına dair yeni maddələr daxil olub və sənəd layihəsi hazırda Prezident Administrasiyasında baxışdadır.

ÜTT-yə daxilolma çərçivəsində DGK-nın təklifi əsasən gömrük tarif mexanizminin təkmilləşdirilməsini, idxal-ixrac əməliyyatlarında güzəştlərin likvidasiyasını, həmçinin 0, 0,5, 3, 5, 10 və 15 faizlik çoxpilləli gömrük rüsumları sistemindən 0, 5 və 15 faizli üçmərhələli sistemə keçid üzrə tövsiyələri nəzərdə tutur.

Azərbaycan 1997-ci ildən ÜTT-də müşahidəçi ölkə statusuna malikdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti