...

Azərbaycanın Standartlaşdırma üzrə Dövlət Komitəsi uşaq oyuncaqlarını firma mağazalarından almağı tövsiyə edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Noyabr 2009 16:04 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 noyabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanda keyfiyyətsiz uşaq oyuncaqları satışının sayı azalıb. Bu barədə cümə axşamı Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin idxal məhsullarına dövlət nəzarəti sektorunun rəhbəri Ələsgər Həsənov bildirib.

"Ötən illə müqayisədə bazarda əksər hallarda qeyri-münasib yerlərdə və çox aşağı qiymətlə satılan Çin istehsalı olan keyfiyyətsiz uşaq oyuncaqlarının sayı əhəmiyyətli dərəcədə azalıb", - Həsənov deyib.

Onun sözlərinə görə, hazırda uşaq oyuncaqları bazarında Çin oyuncaqlarından daha keyfiyyətli Dubay istehsalı olan oyuncaqların sayı artıb.

"Lakin demək olmaz ki, Çin istehsalı olan bütün oyuncaqlar keyfiyyətsizdir, bir çox firma mağazalarında yüksək keyfiyyətli məhsullar satılır, bütün oyuncaqları, o cümlədən Çin istehsalı olan oyuncaqları firma mağazalarından almaq tövsiyə olunur", - Həsənov deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti