...

Azərbaycan-İran sığorta şirkəti üzrə tərəfdaşlar yenidən təsviyyə komissiyasının yaradılması məsələsini müzakirə edəcəklər

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2009 17:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr / Trend , müxbir Ü.İsmayılova/

2008-ci ilin fevralında ləğv edilmiş Azərbaycan-İran birgə sığorta şirkəti olan "Azər-Asiya"nın azərbaycanlı təsisçiləri hələ də iranlı təsisçilərlə təsviyyə komissiyasının yaradılması barədə razılığa gələ bilməyiblər. Bu barədə bazar ertəsi "AzərSığorta" şirkətinin (azərbaycanlı təsisçi) sədrinin müavini Aftandil Hacıyev bildirib.

"Əgər əvvəl Azərbaycan tərəfi məsələni məhkəmə orqanları vasitəsilə həll etməyə çalışırdısa, hazırda biz məsələni məhkəməyə müraciət etmədən həll etmək niyyətindəyik", - Hacıyev deyib.

Onun sözlərinə görə, AzərSığorta şirkətinin rəhbərləri təsviyyə komissiyasının yaradılması barədə konsensusun qəbul edilməsi üçün bir daha iranlı təsisçilərlə görüşməyi planlaşdırır.

Şirkətin ləğv edilməsindən ilyarım ötüb, lakin təsviyyə komissiyası İran tərəfinin şirkətin fəaliyyətinin dayandırılması faktı ilə razılaşmaması səbəbindən hələ də yaradılmayıb.

Azərbaycan Maliyyə Nazirliyi hələ keçən il "Azər-Asiya" birgə sığorta şirkətinə 21 noyabr 2002-ci ildə sığorta fəaliyyətinə verilmiş lisenziyanın fəaliyyət müddətinin uzadılmasından imtina edib. Fəaliyyət müddətinin prolonqasiyasından imtina üçün səbəblər 2006-cı il oktyabrın 1-dən 2007-ci ilin oktyabrına qədər olan dövr ərzində şirkətin fəaliyyətinin sığorta qanunvericiliyi və lisenziya tələblərinə uyğunluğunun analizlərinin nəticələri olub. Yoxlamalar zamanı pozuntu halları aşkarlanıb.

Bu qərarın elan edilməsindən sonra şirkət portfelini müqavilə şərtlərini dəyişdirmədən digər şirkətə - BE&G-yə verib. Bu vaxt şirkətin təxminən 17 min fiziki və 60 korporativ müştərisi olub.

"Azər-Asiya" birgə sığorta şirkəti Azərbaycanın sığorta bazarında 1997-ci ildən fəaliyyət göstərib. Şirkətin təsisçiləri İranın "Asiya Sığorta" (49 faiz) və Azərbaycanın "AzərSığorta" dövlət sığorta kommersiya şirkətidir (51 faiz).

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti