...

"Bakı-Tbilisi-Ceyhan" boru kəməri ilə 1,5 milyon ton Qazaxıstan nefti nəql edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Noyabr 2009 20:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 noyabr / Trend /

Yanvar-oktyabr aylarında "Bakı-Tbilisi-Ceyhan" (BTC) boru kəməri vasitəsilə "Tengiz" yatağından 1,5 milyon Qazaxıstan nefti nəql edilib. Yanvar-sentyabr aylarında bu göstərici 1,3 milyon ton olub. Bu barədə Azərbaycan Dövlət Statistika Komitəsindən məlumat verilib.

2008-ci ildə BTC vasitəsilə 285,1 ton Qazaxıstan nefti nəql edilib.

Ötən ilin oktyabr ayında ABŞ-ın ChevronTexaco şirkəti Tengiz neftinin BTC vasitəsilə nəqlinə başlayıb. Razılaşmanın şərtlərinə müvafiq olaraq, Tengiz nefti BTC və dəmiryol vasitəsilə Gürcüstan limanlarına qədər (Kulevi və Batumi) nəql ediləcək. Nəql edilən neftin həcminin ildə 4 milyon tona çatdırılması gözlənilir.

ChevronTexaco "Tengiz" yatağının operatorudur. Müqavilə ərazisinin işlənməsi ilə "TengizŞevroil" əməliyyat şirkəti məşğul olur.

BTC boru kəmərinin ümumi uzunluğu 1768 kilometrdir ki, bunun da 443 km-i Azərbaycanın, 249 km-i Gürcüstanın, 1076 km-i isə Türkiyənin ərazisindən keçir. Boru kəmərinin inşasına 2003-cü ilin aprelində, neftlə doldurulmasına isə 2005-ci ilin mayında başlanılıb.

BTC Co-nun səhmdarları aşağıdakılardır: BP (30,1 faiz); AzBTC (25 faiz); Chevron (8,90 faiz); Statoil (8,71 faiz); ТРАО (6,53 faiz); Eni (5 faiz ); Total (5 faiz); Itochu (3,40 faiz ); Inpex (2,50 faiz); ConocoPhillips (2,50 faiz) və Amerada Hess (2,36 faiz).

Xəbər lenti

Xəbər lenti