...

Bu gün Xırdalan-Biləcəri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Noyabr 2009 12:45 (UTC +04:00)
Biləcəri-Xırdalan sahəsində (Biləcəri-Binəqədi) dəmiryolu keçidi altında tunelin inşası ilə əlaqədar olaraq bu gündən etibarən bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti bir ay müddətinə dayandırılacaq. Bu barədə Trend Capital-a Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən bildirilib.
Bu gün Xırdalan-Biləcəri istiqamətində nəqliyyat vasitələrinin hərəkəti dayandırılacaq

Azərbaycan, Bakı, 18 oktyabr / Trend /

Biləcəri-Xırdalan sahəsində (Biləcəri-Binəqədi) dəmiryolu keçidi altında tunelin inşası ilə əlaqədar olaraq bu gündən etibarən bu istiqamətdə nəqliyyat vasitələrinin hərəkəti bir ay müddətinə dayandırılacaq.  Bu barədə Trend -a Azərbaycan Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən bildirilib.

"Hərəkət hələ dayandırılmayıb, lakin gün ərzində bu proses həyata keçiriləcək", - "Azəryolservis"dən bildirilib.

Nəqliyyat Nazirliyi vətəndaşlardan bu müddət ərzində alternativ marşrutlardan istifadə etməyi xahiş edir.

Xəbər lenti

Xəbər lenti