...

Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer Bakıya səfər edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Noyabr 2009 14:59 (UTC +04:00)
Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer Bakıya səfər edəcək. Sabiq baş nazirin Azərbaycana səfəri dekabr ayının 1-də AZMECO şirkətinin dəvəti ilə baş tutacaq, şirkətin İdarə Heyətinin sədri Nizami Piriyev cümə axşami Trend News-a məlumat verib.
Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer Bakıya səfər edəcək

Azərbaycan, Bakı, 25 noyabr /Trenrd News, müxbir S.Ağayeva/

Böyük Britaniyanın sabiq baş naziri Toni Bleyer Bakıya səfər edəcək. Sabiq baş nazirin Azərbaycana səfəri dekabr ayının 1-də AZMECO şirkətinin dəvəti ilə baş tutacaq, şirkətin İdarə Heyətinin sədri Nizami Piriyev cümə axşami Trend -a məlumat verib.

Böyük Britaniyanın sabiq baş naziri ölkəyə Avropa Yenidənqurma və İnkişaf Bankının AZMECO-ya metanol zavudunun inşası üçün 120 milyon dollarlıq kredit ayrılmasına dair müqavilənin imzalanması mərasimində iştirak etmək məqsədilə səfər edəcək.

Toni Bleyer - Böyük Britaniyanın Leyborist Partiyasının lideridir və bu ölkənin 73-cü baş naziri olub (1997-2007).

O, 2007-ci il iyun ayının 27-də Yaxın Şərq münaqişəsinin nizamlanması üzrə vasitəçi kvartetin xüsusi nümayəndəsi təyin edilib. 2008-ci ilin yanvar ayında isə JP Morgan bankının beynəlxalq şurasının üzvü və baş məsləhətçisi olub.

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) oktyabr ayında Azərbaycanda metanol istehsal edəcək zavodun tikintisi çərçivəsində AZMECO şirkəti üçün 120 milyon dollar həcmində kreditin maliyyələşdirilməsinə razılıq verib. Maliyyələşmə iki tranşla həyata keçiriləcək: 90 milyon dollar 9 il müddətinə bank vəsaitlərindən veriləcək, qalan 30 milyon dollar isə 10 il müddətinə veriləcək.

Tikinti işlərinə hələ 2007-ci ildə başlanılıb. Bu layihədə AZMECO-nun şəxsi əmanəti 70 milyon dollardır. Layihənin maliyyələşdirilməsi prosesində Azərbaycan Beynəlxalq Bankı, EDC of Canada və Qara dəniz Ticarət və İnkişaf Bankı da iştirak edir, şirkətdən deyilib.

Zavodun inşası layihəsinin ümumi dəyəri 300 milyon dollardan çoxdur. Qaradağ rayonunda yerləşəcək metanol istehsal edən zavodun gələn ilin üçüncü rübündə istismara verilməsi planlaşdırılır.

Birinci faza çərçivəsində zavodun illik gücü 720 min ton olacaq. Kompleksin tikintisinin ikinci fazası çərçivəsində işlərin başa çatması 2011-ci ilə planlaşdırılır. Bu fazada azot gübrələri istehsal ediləcək. Layihənin ikinci fazası çərçivəsində 400 min tona yaxın azot gübrəsinin istehsal edilməsi planlaşdırılır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti