...

"Aeroflot" "Nevskiy ekspress"-in qəzaya uğraması səbəbindən Moskva-Peterburq reyslərinin sayını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Noyabr 2009 13:40 (UTC +04:00)
Rusiyanın iri aviadaşıyıcısı "Aeroflot" şənbə günü "Nevskiy ekspress" hadisəsi ilə əlaqədar olaraq Moskva - Sankt-Peterburq reyslərinin sayını artırıb. Bu barədə aviaşirkətin rəsmi nümayəndəsi İrina Dannenberq RİA Novosti-yə məlumat verib.
"Aeroflot" "Nevskiy ekspress"-in qəzaya uğraması səbəbindən Moskva-Peterburq reyslərinin sayını artırıb

Rusiyanın iri aviadaşıyıcısı "Aeroflot" şənbə günü "Nevskiy ekspress" hadisəsi ilə əlaqədar olaraq Moskva - Sankt-Peterburq reyslərinin sayını artırıb. Bu barədə aviaşirkətin rəsmi nümayəndəsi İrina Dannenberq RİA Novosti-yə məlumat verib.

"Bu günə kimi biz reysləri A-320 təyyarələrində yerinə yetirirdik, indi isə bu reyslər A-321 və A-330 laynerlərində də həyata keçiriləcək", - Dannenberq deyib.

Onun sözlərinə görə, "Aeroflot" gün ərzində Sankt-Peterburqa səkkiz reys həyata keçirir.

Moskvadan Peterburqa gedən "Nevskiy ekspress" sürət qatarı cümə günü axşam Novqorod vilayətində qəzaya uğrayıb. Son məlumatlara görə, 30 nəfər həlak olub, 18 sərnişinin taleyi isə hələ də məlum deyil.

Sankt-Peterburqdan, Velikiy Novqoroddan və Tallindən Moskvaya gələn təxminən 20 qatar "Nevskiy ekspress" qəzasına görə şənbə günü yolda ləngiyirlər.

Xəbər lenti

Xəbər lenti