...

AYİB Özbəkistanın "İmkon Plus" dondurma istehsalçısına kredit ayırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Noyabr 2009 11:37 (UTC +04:00)
Avropa Yenidənqurma və İnkişaf Bankı Özbəkistanın "İmkon Plus" - dondurma istehsalında ixtisaslaşmış özəl müəssisəsinə 4 milyon dollar həcmində kredit ayırıb, AYİB-in saytında yerləşdirilən məlumatında deyilir.

Özbəkistan, Daşkənd, 30 noyabr/ Trend , müxbir D.Əzizov/

Avropa Yenidənqurma və İnkişaf Bankı Özbəkistanın "İmkon Plus" - dondurma istehsalında ixtisaslaşmış özəl müəssisəsinə 4 milyon dollar həcmində kredit ayırıb, AYİB-in saytında yerləşdirilən məlumatında deyilir.

Kreditlərin ayrılması şərtləri dəqiqləşdirilməyib. Müəssisə rəhbərliyi tərəfindən "İnterfaks"a verilən məlumata görə, cəlb edilən vəsait yeni avadanlığın, o cümlədən, iki min soyuducunun, həmçinin dondurma istehsalı üçün lazım olan yüksək keyfiyyətli xammalın alınmasına yönəldiləcək.

AYİB-in ayırdığı kredit şirkətə istehsalı diversifikasiyalaşdırmağa, məhsulun keyfiyyətini artırmağa, həmçinin yayılma şəbəkəsinin genişləndirilməsinə kömək edəcək.

Hal-hazırda "İmkon Plus" müəssisəsinin Özbəkistanının dondurma bazarındakı payı 20% təşkil edir. Müəssisə 50 adda məhsul istehsal edir.

AYİB tərəfindən daha əvvəllər də müəssisəyə kredit vəsaiti verilin. 2007-ci ildə bank "İmkon Plus" müəssisəsinə 2,6 milyon dollar həcmində uzunmüddətli kredit ayırmışdı.

AYİB 1992-ci ildən bəri Özbəkistana enerji, sahibkarlıq, nəqliyyat, inşaat, mineral resursların işlənməsinə və kommunal təsərrüfat sahələrində 50-dən çox layihəyə 550 milyon avroya yaxın kredit ayırıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti