...

Dünya Bankı "Azərbaycan Dəmir Yolları" QSC-yə böyük həcmdə kredit ayıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Dekabr 2009 14:48 (UTC +04:00)
Bu həftənin sonuna kimi Bakıda "Azərbaycan Dəmir Yolları" QSC və Dünya Bank arasında 450 milyon dollar həcmində kredit ayırması barədə müqavilə imzalanacaq. Bu barədə çərşənbə axşamı QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov deyib.

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir E.İsmaylov/

Bu həftənin sonuna kimi Bakıda "Azərbaycan Dəmir Yolları" QSC və Dünya Bank arasında 450 milyon dollar həcmində kredit ayırması barədə müqavilə imzalanacaq. Bu barədə çərşənbə axşamı QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Azməmmədov deyib.

"Tərəflər arasındakı danışıqlar hələ davam edir, lakin həftənin sonuna kimi kredit ayrılması barədə müqavilənin imzalanması gözlənilir", - Azməmmədov deyib.

Onun sözlərinə görə, kredit "Dəmir yolu nəqliyyatı və ticarətə dəstək" layihəsi çərçivəsində ayrılacaq. Alınacaq kredit vəsaitləri yeni lokomotivlərin alınmasına, dəmir yollarının daimi cərəyandan fasiləli rejimə köçürülməsinə, rabitə və siqnal sistemlərinin yenidən bərpa edilməsinə, yolun 240 kilometrinin əsaslı pərpasına, maliyyə hesabatlığı üzrə beynəlxalq sistemin tətbiq edilməsinə istiqamətləndiriləcək.

Dünya Bankının dəmir yol infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycana 450 milyon dollar kredit ayırması barədə qərar 2008-ci il martın 27-də qəbul edilib. Dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üçün kredit Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının şərtləri üzrə 4 il güzəştli olmaqla 17 il müddətinə verilir. Layihənin ümumi dəyəri Azərbaycan hökümətinin 223 milyon dollar payı daxil olmaqla 673 milyon dollar təşkil edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti