...

Azərbaycanın sığorta bazarında daha bir şirkət adını dəyişir

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Dekabr 2009 17:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 dekabr / Trend , müxbir Ü.İsmayılova/

ABŞ-ın Chartis (AIG Insurance) sığorta şirkətinin Azərbaycandakı törəmə şirkəti AIG Caspian Insurance bu ay ərzində öz adını dəyişəcək. Bu barədə çərşənbə axşamı şirkətdən məlumat verilib.

"AIG Caspian Insurance öz adını Chartis Insurance Azerbaijan kimi dəyişdirəcək", - şirkətdən deyilib.

Şirkətdəki mənbənin sözlərinə görə, hazırda şirkətin adının dəyişdirilməsi üzrə hüquqi işlər aparılır.

"Adın dəyişməsi ilə əlaqədar şirkətin idarə strukturunda dəyişiklik gözlənilmir", - şirkətdən deyilib.

AIG Caspian Insurance şirkətinin nəzarət paketi Azərbaycan tərəfinə, 49%-i isə Chartis şirkətinə məxsusdur. Şirkətin nizamnamə kapitalı 3,5 milyon manat təşkil edir. Şirkət könüllü xidmətin 7 növü üzrə xidmət göstərir. Yanvar-oktyabr aylarının yekunu üzrə şirkətin haqları 0,56 milyon manatlıq ödəmələrlə 1,46 milyon manat təşkil edib.

Chartis əmlak və şəxsi sığorta sahəsində iri beynəlxalq təşkilatdır. Dünyanın 160-dan çox ölkəsində 40 milyondan artıq müştəriyə xidmət edir. 90 illik tarixi olan şirkət həm korporativ müştərilərə, həm də fərdi şəxslərə istənilən riski əminliklə idarə etməyə kömək edir.

Dekabrın 22-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti