...

Sığortanın könüllü növləri üzrə vahid qaydaların tətbiq edilməsi sığortaçıların işini çətinləşdirə bilər - bazarın iştirakçısı

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2009 12:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 dekabr /Trend capital, müxbir Ü.İsmayılova/

Azərbaycanda sığorta xidmətlərinin könüllü növləri üzrə vahid qaydalarınm tətbiqi özü ilə bərabər həm mənfi, həm də müsbət tendensiya gətirəcək, A-Qroup sığorta şirkətinin idarə heyətinin sədri Anar Bayramov belə hesab edir.

"Könüllü növlər üzrə vahid qaydaların tətbiq edilməsi vəziyyətin unifikasiyası və sığorta edənlərin hüquqlarının qorunması baxımından inkişaf edən bazara səmərəli təsir göstərəcək", - Bayramov deyib.

Onun fikrincə, mənfi təsir isə o ola bilər ki, qaydalar sığortaçlıarın bazarda sərbəst rəqabət aparmaq imkanını məhdudlaşdıra bilər.

"Azərbaycan Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti könüllü sığortanın ayrı-ayrı növləri üzrə vahid qaydalar tətbiq etməyi planlaşdırır", - Xidmətin rəhbəri Namiq Xəlilov bir müddət öncə deyib.

"Vahiq qaydaların tətbiq edilməsi təkcə istehlakçılar üçün yox, həm də sığorta xidməti göstərənlər üçün səmərəlidir", - Xəlilov deyib.

Onun sözlərinə görə, əgər istehlakçılar bazarda olan mallar və xidmətlər haqda ətraflı məlumata malik olarsa, onların tələbatı artacaq. Hazırda Dövlət Nəzarət Xdməti Sığortaçılar Assosiasiyası ilə birgə fiziki şəxslər üçün avtomiobil sığortasının vahid qaydalarını hazırlayır. Bu gün hər bir sığorta şirkətinin avtomobil sığortası üzrə öz qaydaları var ki, bu da sığortaçılar üçün müəyyən çətinliklər yaradır.

"Gələcəkdə biz bu cür praktikanı başda fiziki şəsxlərin əmlak sığortası olmaqla digər könüllü sığorta növlərinə də yaymağı planlaşdırırıq", - Xəlilov deyib.

A-Qroup sığorta şirkəti sığortanın 3 icbari və 14 könüülü növü üzrə fəaliyyət göstəriri. Şirkətin nizamnamə kapitalı 1,55 milyon manat təşkil edir. Şirkət yanvar-oktyabr aylarında 3,76 milyon manatlıq ödəmələrlə 5,83 milyon manat haqq yığıb.

Xəbər lenti

Xəbər lenti