...

Azərbaycanda ipoteka istiqrazlarının birinci emissiyasının 89 faizi yerləşdirilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2009 18:05 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) beş milyon manatlıq faizli sənədsiz təmin edilmiş adlı istiqrazlarının növbəti yerləşdirilməsi təşkil olunub.
Azərbaycanda ipoteka istiqrazlarının birinci emissiyasının 89 faizi yerləşdirilib

Azərbaycan, Bakı, 25 dekabr / Trend /

Azərbaycan Mərkəzi Bankı (AMB) yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) beş milyon manatlıq faizli sənədsiz təmin edilmiş adlı istiqrazlarının növbəti yerləşdirilməsi təşkil olunub. Bu barədə Bakı Fond Birjasının cümə günü yayılmış məlumatında deyilir. Səhmdarlara təqdim edilmiş ərizələrin ümumi həcmi nominal üzrə 9 929 097 manat təşkil edib. Ərizələr cari qiymətlər üzrə 100,0917 faizlə təqdim edilib. Hərraca çıxarılmış bürün istiqrazlar tamamilə yerləşdirilib.

İstiqrazların ödəmə müddəti 10 may 2016-cı ildir.

AİF istiqrazlarının yerləşdirilməsinə 16 iyun 2009-cu ildən başlanılıb və bugünə qədər 44 milyon manat məbləğində istiqraz yerləşdirilib. Emissiyanın ümumi məbləği hər birinin nominal dəyəri 1 000 manat olmaqla 55 milyon manat təşkil edir.

Dekabrın 25-nə olan rəsmi məzənnə 0,8033 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti