Azərbaycan, Bakı, 25 dekabr / Trend , müxbir N.İsmayılova/
Azərbaycanın Vergilər Nazirliyi Böyük Britaniya, İrlandiya, Litva, Latviya və Macarıstanın vergi administrasiyaları ilə əməkdaşlıq haqqında memorandum imzalamağa hazırdır. Bu barədə Azərbaycan Vergilər Nazirliyinin rəsmi "Vergilər" qəzetində deyilir.
Bu gün Fransa, Çexiya və Estoniya vergi administrasiyaları ilə ikitərəfli əməkdaşlıq üçün hüquqi baza yaradılıb.
Son illər İrlandiya, Qazaxıstan, Ukrayna, Qırğızıstan, Türkiyə, Çexiya, Avstriya, Niderland və Tacikistandan olan nümayəndə heyətləri vergi sahəsində əməkdaşlığın istiqamətlərini müzakirə etmək üçün Azərbaycana səfər ediblər. Görüş çərçivəsində qonaqlar vergi administrasiyasına dair əldə olunmuş uğurlar - "vahid pəncərə" sisteminin tətbiqi, vergi orqanları əməkdaşlarının quymətləndirilməsi sistemi və ƏDV vahid depozit hesabının açılışı prinsipləri ilə tanış olub, həmçinin təcrübə mübadiləsi aparıblar.
Bu gün Azərbaycan Aİ, MBD ölkələri, həmçinin ABŞ, Türkiyə, Sinqapur və bir sıra digər ölkələrin vergi orqanları ilə qarşlıqlı əməkdaşlığını genişləndirməkdə davam edir.