...

2010-cu ildə ARDNŞ fəaliyyətinin prioritet istiqamətlərindən biri ekoloji layihələrin reallaşdırılması olacaq – Rövnəq Abdullayev

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2009 14:49 (UTC +04:00)
Azərbaycanda "Ekologiya ili" elan edilmiş 2010-cu ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) fəaliyyətinin prioritet istiqamətlərindən biri ekoloji layihələrin reallaşdırılması və ölkədə ekoloji stabilliyə dəstək olacaq.
2010-cu ildə ARDNŞ fəaliyyətinin prioritet istiqamətlərindən biri ekoloji layihələrin reallaşdırılması olacaq – Rövnəq Abdullayev

Azərbaycan, Bakı, 26 dekabr / Trend , müxbir E.İsmayılova/

Azərbaycanda "Ekologiya ili" elan edilmiş 2010-cu ildə ARDNŞ (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) fəaliyyətinin prioritet istiqamətlərindən biri ekoloji layihələrin reallaşdırılması və ölkədə ekoloji stabilliyə dəstək olacaq. Bu barədə şənbə günü ARDNŞ prezidenti Rövnəq Abdullayev deyib.

"Ekoloji layihələr 2010-cu ildə davam etdiriləcək. Layihələrin büdcəsi artıq təsdiqlənib", - ARDNŞ-nin istehsal sahələrində neftlə çirklənmiş ərazilərin təmizlənməsi, rekultivasiyası və yaşıllaşdırması üzrə proqram çərçivəsində iməcilik zamanı Abdullayev deyib.

Xəbər lenti

Xəbər lenti