...

Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında ikinci yeri tutur

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Dekabr 2009 10:49 (UTC +04:00)
Azərbaycan Gürcüstanın xarici itcarət tərəfdaşları arasında ikinci yeri tutur. Gürcüstan Dövlət Statistika Komitəsindən Trend Capital-a deyildiyi kimi, 2009-cu ilin yanvar-noyabrında Azərbaycanla xarici ticarət dövriyyəsi 488 100 000 ABŞ dolları təşkil edib ki, bu da 2008-ci ilin analoji dövründəki göstəricidən 35,1 faiz aşağıdır.
Azərbaycan Gürcüstanın xarici ticarət tərəfdaşları arasında ikinci yeri tutur

Gürcüstan, Tbilisi, 29 dekabr / Trend , müxbir N.Kirsxaliya/

Azərbaycan Gürcüstanın xarici itcarət tərəfdaşları arasında ikinci yeri tutur. Gürcüstan Dövlət Statistika Komitəsindən Trend -a deyildiyi kimi, 2009-cu ilin yanvar-noyabrında Azərbaycanla xarici ticarət dövriyyəsi 488 100 000 ABŞ dolları təşkil edib ki, bu da 2008-ci ilin analoji dövründəki göstəricidən 35,1 faiz aşağıdır.

İxracat 37 400 000 dollar aşağı düşərək 154 200 000 dollar təşkil edib, idxal isə 226 900 000 dollar aşağı düşərək 333 800 000 dollar təşkil edib.

Departamentin məlumatına görə, yanvar-noyabrda Gürcüstanın xarici ticarətində azalma müşahidə olunur. Bu dövr ərzində ixracat 27,7 faiz azalaraq 1 028 000 000 dollar, idxal isə 32,5 faiz azalaraq 3 918 500 000 dollar təşkil edib.

2009-cu ilin yanvar-oktyabrında mənfi ticarət balansı 2 890 500 000 dollar təşkil edib. Bu balans 99 tərəfdaş ölkə ilə ticarət əlaqələrində yaranıb. Müsbət ticarət balansı isə 173 000 000 dollar təşkil edib və 29 ölkə ilə xarici ticarətdə yaranıb.

Gürcüstanın ən böyük ticarət tərəfdaşı Türkiyə ilə xarici ticarət dövriyyəsi 17,2 faiz azalaraq 928 100 000 dollar təşkil edib. Beləliklə, ixrac 16,1 faiz, (211 300 000 dollar), idxal isə 151 800 000 dollar azalıb (716 700 000 dollar).

Üçüncü yeri tutan Ukrayna ilə xarici ticarət dövriyyəsi 40,2 faiz (438 100 000 dollar), o cümlədən ixrac 58 300 000 dollar (65 400 000 dollar), idxal isə 236 600 dollar azalıb (372 700 000 dollar).

Xəbər lenti

Xəbər lenti