...

Azərbaycanda yanvar-noyabr ayları ərzində sığorta şirkətlərinin TOP 10-luğu açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Dekabr 2009 17:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 dekabr / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycanın Maliyyə Nazirliyi 2009-cu il yanvar-noyabr ayları ərzində 10 aparıcı sığorta şirkətinin adını açıqlayıb. Ümumi sığorta yığılmalarının 82,81%-i, ümumi ödəmələrin isə 83,21%-i bu şirkətlərin payına düşür. Azərbaycanda cəmi 28 sığorta və 1 təkrar sığorta şirkəti fəaliyyət göstərir.

Sığorta şirkəti

2009-cu ilin yanvar-noyabr ayları ərzində haqlar (mln. manatla)

2009-cu ilin yanvar-noyabr ayları ərzində ödəmələr (mln. manatla)

2009-cu ilin yanvar-oktyabr ayları ərzində haqlar (mln. manatla)

2009-cu ilin yanvar-oktyabr ayları ərzində ödəmələr (mln. manatla)

Azərsığorta

25,10

11,26

20,62

10,66

Xalq Sığorta

24,01

1,14

23,63

1,03

Beynəlxalq Sığorta

13,71

4,07

10,91

3,64

Azal Sığorta

13,20

0,12

13,07

0,12

Atəşgah Sığorta

11,70

3,70

10,58

3,50

Az Sığorta

9,81

3,38

8,99

3,29

Paşa Sığorta

9,52

1,73

8,96

1,56

Standard Insurance

6,82

3,53

6,53

3,23

M BASK

6,21

5,79

5,80

4,39

A-Group

6,00

4,09

5,83

3,76

Cəmi

126,11

38,81

114,92

35,18

Sığorta yığılmalarının həcmi və ödəmələr üzrə renkinqə Azərsığorta başçılıq edir.

Ölkədə fəaliyyət göstərən bütün şirkətlərin haqlarının ümumi həcmi 152,27 milyon manat təşkil edib. Hesabat dövrü ərzində 46,64 milyon manatlıq ödəmələr həyata keçirilib.

Maliyyə Nazirliyinin yanvar-noyabr ayları ərzindəki hesabatında yeganə təkrarsığorta şirkəti kimi Az RE şirkətinin fəaliyyət yekunları göstərilib. Şirkətin haqları 7,68 milyon manatlıq ödəmələrlə 21,83 milyon manat təşkil edib.

Dekabrın 30-na olan rəsmi məzənnə 0,8031 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti