Türkmənistan, Aşqabad, 05 yanvar / Trend , müxbir H.Həsənov/
Ötən ilin 11 ayı ərzində Türkmənistan və İran arasında ümumi mal dövriyyəsi təxminən 2,9 milyard ABŞ dolları təşkil edib. Bu, 2008-ci ilin müvafiq göstəricisindən 150 milyon dollar çoxdur. Bu məlumatları Türkmənistan Dövlət Komitəsi bildirir.
Məlumata əsasən, qarşılıqlı fəaliyyətin müsbət dinamikası yanacaq-energetika, ticarət-nəqliyyat kimi sahələr də daxil olmaqla bütün istiqamətlərdə müşahidə olunub. İran ərazisi vasitəsilə Türkmənistanın elektrik enerjisi və nefti nəql olunur.
Ölkələr arasında mütəmadi olaraq xüsusi əmtəə sərgisi keçirilir, iqtisadi əməkdaşlığa dair hökumətlərarası komissiya yaradılıb.