...

Azərbaycanın Əmək Nazirliyinin Baş Məşğulluq İdarəsi vasitəsilə təxminən 30 min nəfər işlə təmin olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Yanvar 2010 14:01 (UTC +04:00)
2009-cu ildə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğuluq İdarəsinə iş tapmaq məqsədilə 46 467 vətəndaş müraciət edib ki, onların da 28 382 nəfəri münasib iş yeri ilə təmin edilib.
Azərbaycanın Əmək Nazirliyinin Baş Məşğulluq İdarəsi vasitəsilə təxminən 30 min nəfər işlə təmin olunub

Azərbaycan, Bakı, 08 yanvar / Trend , müxbir Ü.İsmayılova/

2009-cu ildə Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Baş Məşğuluq İdarəsinə iş tapmaq məqsədilə 46 467 vətəndaş müraciət edib ki, onların da 28 382 nəfəri münasib iş yeri ilə təmin edilib. Bu barədə idarənin cümə günü yayılan məlumatında deyilir.

Ötən il Azərbaycanda 5 986 nəfərə qanuna müvafiq qaydada işsiz statusu verilib, 5 687 nəfərə işsizlik müavinəti təyin edilib, 4 827 nəfər peşə hazırlığı kurslarına cəlb edilib ki, bu da 2008-ci ilə nisbətən 42% çoxdur. 1 508 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Ötən il Azərbaycanda, Naxçıvan MR-də daxil olmaqla, respublikanın 57 şəhər və rayonlarında əmək yarmarkaları keçirilib və bu yarmarkalarda 3 022 müəssisə tərəfindən boş iş yerləri təqdim olunub. Respublikanın müxtəlif regionlarında keçirilən yarmarkalarda 24 190 boş (vakant) iş yerlərinin hesabına 8 132 nəfər işsiz vətəndaş münasib işlərlə təmin olunub, 866 nəfər peşə hazırlığı kurslarına, 419 nəfər isə haqqı ödənilən ictimai işlərə cəlb olunub.

Bakı və Gəncə şəhərlərində, həmçinin Abşeron rayonunda məzunların və tələbələrin işlə təmin olunmasına köməklik göstərilməsi, onların əmək bazarına inteqrasiyası məqsədi ilə "Karyerada ilk addım" devizi altında tədbirlər keçirilib və bu tədbirlərdə 470 müəssisə tərəfindən 2351 boş (vakant) iş yerləri təqdim edilib. Tədbirlər nəticəsində 431 nəfər münasib işlərlə təmin olunub.

Ötən il ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə və Mingəçevir şəhərlərində fəaliyyət göstərən "Əmək Birjaları" tərəfindən 3 938 işsiz vətəndaş, o cümlədən 2 182 qadın, 1 875 gənc, 186 qaçqın və məcburi köçkün, 32 əlil müvəqqəti xarakterli işlərlə təmin olunub.

Xəbər lenti

Xəbər lenti