...

Azərbaycan bankı DəmirBank istehlak kreditlərini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2010 14:25 (UTC +04:00)
DəmirBank ofis mebeli istehsalçısı olan "İdeal Dizayn" şirkəti ilə əməkdaşlıq çərçivəsində ofis mebellərinin kreditləşdirilməsinə başlayıb.
Azərbaycan bankı DəmirBank istehlak kreditlərini genişləndirir

Azərbaycan, Bakı, 18 yanvar/ Trend /

DəmirBank ofis mebeli istehsalçısı olan "İdeal Dizayn" şirkəti ilə əməkdaşlıq çərçivəsində ofis mebellərinin kreditləşdirilməsinə başlayıb. Bu barədə bazar ertəsi şirkətdən yayılan məlumatda deyilir.

DəmirBank ofis mebellərinin alınması üçün sərfəli kredit şərtləri təklif edir. Mebel kreditləri 3 aydan 24 ayadək müddətə illik 24% dərəcəsi ilə 500 manatdan 20 000 manatadək məbləğdə verilir.

Hazırda bankın Bakıda Nərimanov və Xəzər filialları ofis mebelinin kreditləşdirilməsini həyata keçirir. Layihənin inkişafı məqsədi ilə gələcəkdə bankın digər filiallarının da layihəyə qoşulacağı gözlənilir.

"Müştərilərinə geniş çeşiddə bank məhsulları təklif edən DəmirBank, ötən ildən əhaliyə mebel dəstlərinin kreditlə alışını təqdim edir. Ofis mebelləri istehsalçısı olan "İdeal Dizayn" şirkəti ilə yeni layihəyə başlayan DəmirBank bu dəfə şirkət və sahibkarlara ofis mebellərinin kreditlə alışını təklif edir ki, bu da ofis mebellərinin kreditləşdirilməsi sahəsində onlara yeni imkanlar yaradacaq", - bankın İdarə Heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

DəmirBank müxtəlif proqramlar çərçivəsində əhaliyə və şirkətlərə geniş çeşiddə kredit məhsulları təqdim edir. Bura dövlət proqramı ilə ipoteka kreditləri, biznes kreditləri, avtomobil kreditləri, təmir və digər istehlak kreditləri daxildir.

Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Niderland İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Yanvarın 18-nə olan rəsmi məzənnə 0,8030 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti