...

Bakının ticarət obyektlərində istifadə müddəti ötmüş məhsulların siyahısı genişlənir

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Yanvar 2010 18:30 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ötən həftə istehlak bazarında keçirdiyi monitorinqlər zamanı 410 kiloqramdan çox saxlama müddəti ötmüş məhsullar satışdan çıxarılaraq məhv edilib.
Bakının ticarət obyektlərində istifadə müddəti ötmüş məhsulların siyahısı genişlənir

Azərbaycan, Bakı, 18 yanvar / Trend , müxbir N.İsmayılova/

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ötən həftə istehlak bazarında keçirdiyi monitorinqlər zamanı 410 kiloqramdan çox istifadə müddəti ötmüş ərzaq məhsulları satışdan çıxarılaraq məhv edilib. Bu barədə nazirliyin bazar ertəsi yayılan məlumatında deyilir.

Monitorinq Bakının Nərimanov, Nəsimi, Nizami və Yasamal rayonlarında aparılıb.

Mağazalardan kolbasa və qənnadı məmulatları, balıq, un məmulatları, konservləşdirilmiş məhsullar, süd və süd məhsulları, yağlar, pivə, sərinləşdirici içkilər, meyvə şirələri, sular, uşaq yeməkləri, quru meyvələr, sirkə, tomat pastası, kofe, çay və s. istifadə müddəti ötmüş məhsullar çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş fiziki və hüquqi şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib ediləcək.

Xəbər lenti

Xəbər lenti